Oğuzda tapılan küp qəbirlərdə nə var?
    • 13-07-2024, 17:02
    • 316

Oğuzda tapılan küp qəbirlərdə nə var?

Sel gəldi köhnə qəbirlər üzə çıxdı...

News24.az Xəzər TV-yə istinadən bildirir ki, Oğuza yağan intensiv yağışlardan sonra Qala çayına gələn sel çayın kənarlarını yuyub.

Rayonun Xaçmaz kəndi ərazisində çayın kənarlarının yuyulması nəticəsində qədim qəbirlər üzə çıxıb.  Çayın yatağının  genişlənməsi nəticəsində sahil boyunca sakinlər müxtəlif insan sümüklərinə rast gəliblər. Kəndin tarix müəllimi Vüsal Əlfiyevin sözlərinə görə, üzü qərbə doğru dəfn olunan ərazidə çox sayda küp və ya qutu qəbrlər var

Qəbirlərlə bağlı Milli Elmlər Akameyasının  Şəki Regional Elmi Mərkəzinə də məlimat verilib.

Regional Elmi Mərkəzin əməkdaşı onu da əlavə edib  ki, hələ ötən ildən etibarən onlara bölgədə arxeoloji qazıntılar aparmaq səlahiyyəti verilib. O səbəbdən qarşıdakı müddətdə bu istiqamətdə də iş aparılacaq.