Ağır yol qəzası: Ölən var
    • 13-07-2024, 11:35
    • 375

Ağır yol qəzası: Ölən var

Kürdəmir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az "Report"a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir yolunun rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü Şəmkir rayon sakini Şükran Rəvan oğlu Əhmədovun idarə etdiyi “Chevrolet” markalı avtomobil həmin yolda hərəkətdə olarkən yolu keçmək istəyən Kürdəmir rayon Çıxımlı kənd sakini, 1952-ci il təvəllüdlü Əhmədağa Əlövsət oğlu İbrahimovu vurub.

O, dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.