Dənizdə batan üç nəfərdən ikisinin cəsədi tapıldı - FOTO - VİDEO
    • 13-07-2024, 11:50
    • 493

Dənizdə batan üç nəfərdən ikisinin cəsədi tapıldı - FOTO - VİDEO

Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında iyulun 11-də axşam saatlarında nəzarətsiz ərazidə dənizdə batmış üç nəfərdən ikisinin – 2008-ci il təvəllüdlü Aslanov Amid Asif oğlu və 2009-cu il təvəllüdlü Anar Asif oğlu Aslanovun cəsədi bu gün səhər saatlarında suda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə "News24.az"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, batdığı ehtimal olunan üçüncü şəxs – 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlunun axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin 1 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub.

Bununla yanaşı, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvəlləri də əməliyyatda iştirak edir.