-
- 25-05-2019, 15:32
- 1 211
Elinanın nənəsi: “Kim nə bilir biz nələr çəkirik..."
“2 aydan çoxdur Elina rəhmətə gedib, amma hələ də bizim əleyhimizə danışırlar”.
Bunu 162 saylı məktəbdə intihar edən Elinanın ata nənəsi Antonina Hacıyeva News24.az-a açıqlamasında deyib. O, nəvəsinin ölümündən sonra danışılan söz-söhbətlərdən, atasının Elinayla maraqlanmadığı haqda deyilənlərdən çox təsirləndiyini, üzüldüyünü bildirib: “Mənim, Elinanın atasının nə çəkdiyini heç kim bilmir. Bu dərdi yaşamayan onun necə böyük acı olduğunu anlaya bilməz. “Elinanın atası onunla maraqlanmayıb” deməyə necə dilləri gəlir? balasının dərdi oğlumun belini əydi. Elina onun gözünün ilki, yeganə qızıydı”.
Nənəsi Elina anadan olanda necə sevindiyini göz yaşıyla xatırlayır: “ O doğulanda hamımız çox sevinmışdik. İlk nəvəmiydi. Üç oğlum vardı, Elina Allahın mənə göndərdiyi qız övlad idi... Onun 9 ayı bitəndə Ədalətlə Sevil boşandılar. Buna baxmayaraq, əlaqələrimiz itmədi. Hər şeydə onlara kömək elədik. Elina anası ilə yaşasa da, hər fürsətdə bizə gəlirdi. Bir bayramı onsuz keçirməzdik. Boş vaxtı olan kimi bizə gələrdi.Gəlmək imkanı olmayanda da, zəngləşərdik. Tətillərdə 10 gün bizdə qalırdı. Ona toxumağı öyrədirdim, bir yerdə əylənərdik. Amma bir neçə gündən sonra evə getmək istəyirdi. Deyirdi bacılarım üçün darıxıram. 6 -ci sinifə qədər dərslərini “vatsap”da mənimlə birgə hazırlayırdı”.
Antonina Hacıyeva Elinanın ona son zamanlar dediyi sözləri də xatırladı: “Bir dəfə mənə dedi ki, nənə, mənim məktəbimi dəyiş, öz əvvəlki sinif yoldaşlarımı istəyirəm. Mən də bu haqda anasına dedim, maraqlandıq, əvvəlki məktəbdən dedilər ki, biz ordan uşaq götürmürük. Biz də fikirləşdik ki, dərslərin qurtarmasına az qalıb, gələn il dəyişərik… Dəyişə bilmədik… Nə bilərdik uşağım cana doyubmuş...”
“Yaşadıqlarımıza hələ də inana bilmirəm. Elə bil hər şey yuxudur, ayılacam və görəcəm ki, Elina bizimlədir”- deyən nənə hələ də bu itki ilə barışmayıb: “Çox ağırdır... Hər gün bu haqda fikirləşirəm. Bilmirdik ki, onu incidirlər... Ölən günü hər şeydən xəbər tutduq. O nə kiminləsə dalaşa bildi, nə də cavab qaytara. Çox sakit uşaq idi... Onun ömrünü kəsənlər, incidib əzab verənlər necə rahat yaşaya bilirlər?! Içindəki vicdanları heç baş qaldırmırmı? Onlar Allaha necə cavab verəcəklər?”
Afaq Mirayiq