-
- 12-04-2019, 11:26
- 4 115
Elinanın rəfiqəsi: "Sinif rəhbərim Elina ilə rəfiqəlik etməyimə qadağa qoyurdu" - ŞOK SÖZLƏR
"Elina özünü atmamışdan öncə ən sonuncu danışdığı şəxs Cahad olub və Cahad özü ona zəng edib".
Bunu News24.az-a açıqlamasında Elina Hacıyevanın rəfiqəsi Züleyxa Şirinova deyib. O bildirib ki, Elina ölümündən bir gün əvvəl onunla söhbət edib: "Elina mənə dedi ki, məktəbdə onu incitdikləri üçün özümü öldürmək istəyirəm. Hətta özünü atmaq istədiyini bildirdi. Mən onunla söhbət etdim və fikrindən daşındırdım. O, mənə söz verdi ki, özünü öldürməyəcək. Amma sabahı gün bunu etdi. Bir sözlə, Elina özünü qonşu məktəbin şagirdi Cahad Əlizadənin onunla kobud davrandığı və məktəbdə onu ələ saldıqları səbəbindən öldürüb".
Z.Şirinova bildirib ki, onun mərhum rəfiqəsi hamı kimi olmadığı üçün hamı onu ələ salırmış: "Elina hamıdan fərqli idi. Çox sakit və başı aşağı olardı. Elə ona görə də, ələ salırdılar. Elə Cahad da onu ələ salırdı, gülürdü. Əvvəlki direktorun vaxtında belə vəziyyət yox idi. Məktəbdə hər şey çox yaxşı idi. Sevinc Abbasova gələndən sonra vəziyyət tamamilə dəyişdi. Hamı deyir ki, direktorun oğlu onun ələ salırmış, amma elə şey yox idi. Onun bu işlə heç bir əlaqəsi yoxdur".
Züleyxa Şirinova onu da deyib ki, sinif rəhbəri ona Elina ilə rəfiqəlik etməsinə qadağa qoyurdu: "Hətta sinif rəhbərim anama belə zəng edib, demişdi ki, Zülfiyyəni Elina ilə rəfiqəlik etməyə icazə verməyin".
Afaq MİRAYİQ