Qızılgül çayı arıqladır
    • 13-07-2024, 19:35
    • 323

Qızılgül çayı arıqladır

Bəzi bitki çayları pəhrizdən daha təsirli nəticə verir.

News24.az Medicina.az-a istinadən xəbər verir ki, arıqlamağa ən çox kömək edən çaylar arasında qızılgül çayı da yer alır.

Bu çay gündə 2 stəkan içildikdə həzmi anında aktivləşdirir. Həm də toxluq hissi verərək arıqlamağı asanlaşdırır.

Gül çayının digər faydaları:

* C vitamini ilə zəngin olduğu üçün müxtəlif infeksiyalarla mübarizə aparmağa kömək edir. Güclü immunitet sistemi effektiv şəkildə arıqlamaqla birbaşa əlaqəlidir.

* Antioksidantlarla zəngindir. Buna görə də infeksiya ilə mübarizə aparır.

* Toksinlərin çıxarılmasına kömək edir.

* Sidikqovucu təsiri sayəsində sidik yolları infeksiyalarının qarşısını alır.