Rafiq Hüseynovdan sona işarə
    • 13-07-2024, 21:57
    • 989

Rafiq Hüseynovdan sona işarə

Azərbaycanın Yunan-Roma güləşi üzrə millisi Rusiyanın Vladiqafqaz şəhərində təlim-məşq toplanışında iştirak edir.

News24.az İdman.biz-ə istinadən xəbər verir ki, ölkəmizi Paris-2024-də təmsil edəcək güləşçilərimiz hazırlıqlarını burada keçirlər.

Toplanışla bağlı Rafiq Hüseynov (87 kq) maraqlı paylaşım edib. O sosial şəbəkədə yazdığı statusunda Olimpiya Oyunlarının onun karyerasında son yarışının olacağına işarə edib: “Allah əziyyətmizi yerdə qoymasın. Sizinlə bir sırada son təlim-məşq toplanışımı keçirdiyim üçün fəxr edirəm. Dünyanın nömrə 1 komandası".

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında ölkəmizi 5 Yunan-Roma güləşçisi təmsil edəcək.