Gimnastlarımız beynəlxalq turnirin finalına yüksəldi
    • 13-07-2024, 22:35
    • 338

Gimnastlarımız beynəlxalq turnirin finalına yüksəldi

Azərbaycanın 7 təmsilçisi Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili minibatut və tamblinq üzrə “Scalabis Cup” adlı beynəlxalq yarışın final mərhələsinə yüksəlib.

Azərbaycan Gimnastika Federasiyasından News24.az-a verilən məlumata görə, Tofiq Əliyev, Adil Hacızadə (hər iki tamblinq), Əli Niftəliyev, Amnar Baxışəliyev, Nicat Mirzəyev, Fərhad Musatafeyev və Ömər Qasımlı (hamısı batut gimnastikası) həlledici raunda vəsiqə qazanıblar.