Qazaxda ailəsi ilə istirahətə gedən şəxs göldə batdı
    • 14-07-2024, 17:01
    • 251

Qazaxda ailəsi ilə istirahətə gedən şəxs göldə batdı


Qazaxda bədbəxt hadisə baş verib.

News24.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Bala Cəfərli kəndində qeydə alınıb.

Ailəsi ilə birgə istirahətə gedən şəxs göldə çimən zaman batıb.

Onun şəxsiyyəti hələ məlum deyil, axtarışlar davam edir.

Faktla bağlı araşdırma aparılır.