-
- 14-07-2024, 20:32
- 351
Türkiyədən qaçmaq istəyən 10 FETÖ üzvü YAXALANDI
Türkiyənin İzmir vilayətinin Çeşmə rayonu ərazisinin Alaçatı körfəzində həyata keçirilən "Kısqac-21" əməliyyatı nəticəsində qanunsuz yollarla xaricə qaçmağa cəhd edən 10 FETÖ üzvü saxlanılıb.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Nazirin sözlərinə görə, terrorçular "Asteri" adlı qayıqda ələ keçiriliblər.
Əməliyyat Türkiyənin Sahil Mühafizə Xidmətinin Egey Dənizi Regional Komandanlığı, Milli Kəşfiyyat Təşkilatının (MİT) İzmir bölgəsi üzrə baş idarəsi və İzmir Jandarma Komandanlığının koordinasiyasında həyata keçirilib.