"İlin toyu" başa çatdı
    • 14-07-2024, 23:28
    • 539

"İlin toyu" başa çatdı


Asiyanın ən zəngin iş adamı Mukeş Ambaninin kiçik oğlu Anant Ambaninin 4 günlük toyu bu gün başa çatıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, "ilin toyu" kimi tanınan mərasim 16 min nəfərlik 27 mərtəbəli şəxsi iqamətgahda keçirilib.

Mark Zukerberq və Bill Qeytsin də qatıldığı və 4 ay davam edən şənliklərə 150 milyon dollar pul xərclənib.

Dünyanın ən zəngin insanlarını bir araya gətirən toyda model Kim Kardaşyan, İngiltərənin keçmiş baş naziri Toni Bleyr, Boris Conson və onun həyat yoldaşı, FİFA prezidenti Covanni İnfantino və xanımı Lena Əl Aşqar da iştirak edib.

Xatırladaq ki, 2018-ci ildə Ambani qızı üçün Hindistan tarixinin ən bahalı toyunu təşkil edib. 100 milyon dollara başa gəldiyi iddia edilən bu toyda Beyons səhnəyə çıxmışdı.