Castin Biber də bu toyda oxudu
    • 8-07-2024, 21:30
    • 385

Castin Biber də bu toyda oxudu

Dünya şöhrətli müğənni Castin Biber iyulun 12-14-də baş tutacaq ilin toyu öncəsi tədbirdə çıxış etmək üçün Hindistanın Mumbay şəhərinə gedib.

News24.az xəbər verir ki, hadisə anlarını sosial media hesabında paylaşan Biberin bu xüsusi konsertdən 10 milyon dollar qazandığı deyilir.

Rihanna keçən mart ayında toydan əvvəl tədbirdə çıxış edib və onun 6 milyon dollar aldığı iddia edolib.

Qeyd edək ki, Hindistanın ən varlı adamı Mukesh Ambaninin oğlu Anant Ambani bu ayın sonunda "ilin toyu" olaraq xarakterizə edilən dəbdəbəli mərasimlə çoxdankı sevgilisi Radhika Merchant ilə evlənməyə hazırlaşır.

Toy öncəsi dəbdəbəli şənliklər Hindistan mediasını artıq həyəcanlandırsa da, sosial mediada bundan sonra nə olacağı barədə danışılır.

Günel Məlikzadə