Ağsuda Bakı sakini sükan arxasında ürəktutmadan ölüb
    • 14-07-2024, 23:30
    • 331

Ağsuda Bakı sakini sükan arxasında ürəktutmadan ölüb


Ağsuda Bakı sakini avtomobil idarə edərkən ürəktutmadan vəfat edib.

News24.az report.az-a istinadən xəbər verir ki, hadisə Ağsu -Kürdəmir yolunun rayonun Muradlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü Bakı sakini 1967-ci il təvəllüdlü Abbasov Vüqar Soltan oğlu həmin yolda hərəkətdə olarkən qəfildən halı pisləşib və o, sükan arxasında ürəktutmadan ölüb.

Onun meyiti aidiyyatı üzrə təhvil verilib. Hazırda fakt araşdırılır.