Məşhur aktrisa vəfat etdi
    • 15-07-2024, 12:50
    • 1 056

Məşhur aktrisa vəfat etdi

Amerikalı aktrisa, "Beverly Hills, 90210" seriallarının ulduzu Şannen Doherti vəfat edib.

News24.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "People" məlumat yayıb. Ulduzun nümayəndəsi Lesli Sloan "Aktrisa Şennen Dohertinin vəfatını ürək ağrısı ilə təsdiqləyirəm" deyə, bildirib.

Ölümün səbəbinin xərçəng olduğu deyilib. 2015-ci ildən aktrisa döş xərçəngi ilə mübarizə aparır. Daha sonra Doherti özü xərçəngin dördüncü mərhələyə çatdığını bildirib.