Messi göz yaşlarını saxlaya bilmədi - FOTO
    • 15-07-2024, 13:16
    • 334

Messi göz yaşlarını saxlaya bilmədi - FOTO

Argentina 2024-cü ildə Amerika kubokunun əsas vaxtı 0-0 bitən finalda Kolumbiyanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək çempion olub.

News24.az xəbər verir ki, Messi matçın 64-cü dəqiqəsində diz nahiyəsindən zədələnib.

Kədərli halda meydana çıxan 37 yaşlı futbolçunu əvəzləyən Nikolas Qonzales 66-cı dəqiqədə oyuna daxil olub.

Messi ehtiyat oyunçular skamyasında göz yaşlarını saxlaya bilməyib.

Messinin ilk yarıda zərbə aldığı sağ topuğunun buz müalicəsi gördüyü müşahidə edilib.

Messinin finaldan ən maraqlı məqamlarını təqdim edirik.


Günel Məlikzadə