Qonşusunu donuzla səhv salıb ÖLDÜRDÜ
    • 15-07-2024, 13:46
    • 183

Qonşusunu donuzla səhv salıb ÖLDÜRDÜ

Hadisə Afyonkarahisarda Hocalar rayonunun Kozluca kəndində baş verib. 

News24.az xəbər verir ki, əldə edilən məlumata görə, H.K adlı şəxs öz tarlasını təqib edib donuzları vurmaq üçün nəzarət etməyə başlayıb.

Bu vaxt H.K-in qonşusu Fikri Gündoğdu adlı şəxs tarlasını suvarmağa gəlib. H.K qonşusunu donuzla səhv salaraq  əlindəki ov tüfəngi ilə atəş açıb.

Daha sonra vəziyyəti başa düşən H.K  polisə bu barədə məlumat verib və kömək istəyib. Polis və tibbi yardım hadisə yerinə gələrək Gündoğdunun öldüyünü müəyyən ediblər.

Hadisədən sonra H.K saxlanılıb.

Hadisə ilə bağlı  istintaq davam edir.

Məryəm İlhamqızı