Böyük miqdarda neft və qaz AŞKAR EDİLDİ
    • 15-07-2024, 14:00
    • 247

Böyük miqdarda neft və qaz AŞKAR EDİLDİ

Küveyt Neft Şirkətinin verdiyi açıqlamaya görə, Feyleke adasının yaxınlığındakı ərazidə böyük miqdarda neft və qaz kəşf edilib.

İlkin hesablamalara görə, 96 kilometr ərazidə aşkar edilmiş karbohidrogen ehtiyatının təxminən 2,1 milyard barel yüngül neft və 5,1 trilyon standart təbii qaz olduğu qeyd olunub ki, bu da 3,2 milyard barel neftə bərabərdir.

OPEC-in məlumatlarına görə, aşkar edilmiş neft ehtiyatları, gündəlik təxminən 2,8 milyon barel neft hasil edən Küveytin 750 günlük istehsalına uyğundur.

Məryəm İlhamqızı