Fabrikdə yanğın: 4 gündür söndürə bilmirlər
    • 15-07-2024, 15:08
    • 166

Fabrikdə yanğın: 4 gündür söndürə bilmirlər

İyulun 12-də saat 18.30 radələrində Türkiyədə kağız fabrikində yanğın baş verib.

News24.az xəbər verir ki, əraziyə yanğınsöndürmə, meşəçilik, polis və sağlamlıq qrupları sövq edilib.

Vertolyot və təyyarələr alovlara havadan, qurudan isə su və xilasetmə maşınları ilə müdaxilə edilib.

Qeyd edək ki, külək səbəbindən geniş əraziyə yayılan yanğınla mübarizə qrupları çətinlik çəkib.

Bölgəyə ətraf əyalət və rayonlardan yanğınsöndürənlər və meşə təsərrüfatı qrupları göndərilib. Alışma təhlükəsi olan sıxılmış kağızların bir qismi iş maşınları ilə ərazidən çıxarılıb. Alov fabrikin kağız və kömür anbarına keçib.

Bildirək ki, dünəndən etibarən yanğında 140 min ton tullantı kağız yanıb.

Alovlara 23 əyalətdən gücləndirmə qrupları, ümumilikdə 2 təyyarə, 4 helikopter, 54 iş maşını, 80 yanğınsöndürən və su maşını, 290 canlı qüvvə ilə havadan və qurudan müdaxilə edilir.


Günel Məlikzadə