-
- 15-07-2024, 16:11
- 255
Sevgilisini vəhşicəsinə öldürdü, həbsxanada varlandı
ABŞ-da sevgilisi Travis Viktor Aleksandrı öldürdüyü üçün ömürlük həbs cəzasına məhkum edilən 44 yaşlı Codi Ann Arias 2013-cü ildən həbsdədir.
News24.az xəbər verir ki, həbsxanada sənət əsərləri yaradan və onları minlərlə dollara satan qadın dəmir barmaqlıqlar arxasında rəssam həyatını yaşayır.
Bəzi əsərləri 2500 dollara satılan Ariasın öz əsərlərini sərgilədiyi və satdığı internet saytı və sosial media səhifəsi var.
Qeyd edək ki, sənətinin və qazancının törətdiyi qətlə heç bir aidiyyəti olmadığı üçün o, heç bir hüquqi maneə ilə üzləşmir.
VƏHŞİ QATİL
Jodi Ann Arias 2008-ci ildə keçmiş sevgilisi Travis Victor Alexanderə 27 bıçaq zərbəsi vuraraq öldürüb.
Vəhşi qətl uzun müddət dünya gündəmini zəbt edib.
Arias sevgilisinin boğazını kəsərək alnından tapança ilə vurub. O, bunları özünü müdafiə məqsədi ilə etdiyini iddia edib.
Gənc qadın şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbs cəzasına məhkum edilib.
Günel Məlikzadə