-
- 16-07-2024, 11:13
- 165
Oğlunu kimyəvi maddə içməyə MƏCBUR ETDİ
Krasnoyarsk diyarının sakini oğlunu yağ təmizləyicisi içməyə məcbur etməkdə şübhəli bilinib.
News24.az xəbər verir ki, bu barədə Telegram kanalı məlumat yayıb.
Hadisə Kamarçaqa kəndində baş verib.
Mənbəyə görə, çox uşaqlı ana sərxoş halda evə qayıtdığı üçün 11 yaşlı oğlu bunu bəyənməyib və valideyni danlayıb.
Bundan sonra ana uşağını kimyəvi maddəni içməyə məcbur edib. Bu zaman evə gələn ata dərhal təcili yardım cağıraraq oğlunu xilas edib.
Xəstəxanadan alınan məlumatlara görə, zərərçəkənin ağzında və yuxarı tənəffüs yollarında yanıqlar olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ananı saxlayıblar, o, etdiklərini etiraf edib. Rusiyalı qadına qarşı cinayət işi açılıb.
Məryəm İlhamqızı