Ana körpəsinin ayağını sındırdı
    • 24-07-2023, 18:13
    • 201

Ana körpəsinin ayağını sındırdı

Saratov vilayətində ana körpə ağladığı üçün ayağını sındırıb.

News24.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Hadisə rayonun Revino kəndində baş verib. 19 yaşlı qadın körpəni sakitləşdirə bilməyib və onun ayaöından dartıb.

Bundan sonra körpə daha da bərkdən ağlamağa başlayıb. Bu reaksiya valideyni təcili yardım çağırmağa məcbur edib. Hadisə yerinə gələn həkimlər uşağın sağ bud sümüyünün qapalı sınığı olduğunu müəyyən ediblər.

Qadına qarşı cinayət işi açılıb. O, qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə ittiham olunur.