Ayıların məhv edilməsi ARTIRILACAQ
    • 16-07-2024, 11:52
    • 141

Ayıların məhv edilməsi ARTIRILACAQ

Ətraf Mühit üzrə Nazirliyin məlumatına görə, Rumıniya 8 min qonur ayıya ev sahibliyi edir və bu, Rusiyadan sonra Avropanın ən böyük qonur ayı populyasiyasıdır. 

News24.az xəbər verir ki, nazirlik son 20 ildə ayıların 26 nəfəri öldürdüyünü, 274 nəfəri isə ağır yaraladığını açıqlayıb.

Baş nazir Marsel Ciolacu, ötən həftə məşhur bir cığırda gənc səyahətçinin ölümcül ayı hücumuna məruz qaldıqdan sonra parlamenti yay tətilindən fövqəladə iclas üçün geri çağırıb. Parlament 19 yaşlı səyahətçinin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra, qonur ayı populyasiyasına nəzarət etmək üçün yeni qanun qəbul edib.

Yeni qanuna görə 2024-cü ildə 481 ayı qətl ediləcək ki, bu, keçən ildən iki dəfə çoxdur. Lakin qanunun gələcək hücumların qarşısını ala bilməyəcəyi də qeyd olunub.

Ətraf mühit qrupları isə bu tədbiri pisləyib. Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) bioloqu Calin Ardelean qanunun heç bir problemi həll etmədiyini bildirib. 

Məryəm İlhamqızı