-
- 16-07-2024, 14:52
- 398
Həkim yaxınlaşan infarkt əlamətlərini sadaladı
Ürək cərrahı Aşot Qriqoryan bildirib ki, infarkt zamanı mədə nahiyəsində ağrı görünə bilər.
News24.az xəbər verir ki, bir çox insanlar infarktın əlamətlərini bilmirlər, bunun sinənin sol tərəfində ağrıya səbəb olduğuna inanırlar.
Əslində, ürək döş sümüyünün ortasında yerləşir. Buna görə də bu yerdə, eləcə də çiyinlər arasında kəskin ağrılar həyəcan verici olmalıdır.
Bu ağrılar döş sümüyünün arxasında yanma və ya istilik hissi verir.
Bundan əlavə, ürək xəstəliyi mədə nahiyəsində ağrıya səbəb ola bilir ki, bunu da çox vaxt zəhərlənmə və ya qastritlə əlaqələndirirlər.
Həkim şiddətlə tövsiyə edib ki, döş sümüyündə və çiyinlər arasında ağrı hiss edən kimi tibbi yardıma müraciət edin, çünki bütün bu əlamətlər yaxınlaşan infarktın simptomları ola bilər.
Məryəm İlhamqızı