Azərbaycanda 4 uşaq anası olan qadını maşında qrup şəklində zorlamaq istədilər - ŞOK HADİSƏ - EKSKLÜZİV
    • 27-05-2019, 13:53
    • 2 014

Azərbaycanda 4 uşaq anası olan qadını maşında qrup şəklində zorlamaq istədilər - ŞOK HADİSƏ - EKSKLÜZİV

Keçən ilin iyul ayında Şamaxıda qadını zorlamağa çalışan şəxs Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.149.2.1-ci, zorlamaya cəhd etmə - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsi ilə ittiham edilən və Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 6 il müddətinə azadlıqdan məhrum edilən Qəribov Əhməd feyruz oğlu işin yenidən araşdırılmasını və barəsindəki hökmün dəyişdirilməsini tələb edib. Daha əvvəl apelyasiya şikayəti verən və cəzası 5 ilə endirilən Əhməd Qəribov işin tamamilə araşdırılmasını xahiş edib.

Ali Məhkəmədə işə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, zorlama hadisəsi keçən ilin iyul ayının 25-də gecə saat 2-də olub. Əhməd Qəribov dostları və Şamaxı rayonunun Çaylı kənd sakini olan Nişanə Babayeva (ad-soyad şərti) ilə İsmayıllıdakı Dərəkənd kəndində qonaqlıqda yeyib içib. Onlar gecə saat 23 radələrində İsmayıllıdan Şamaxıya qayıtmaq üçün yola çıxıblar. Yolda olarkən avtomobildə Əhməd və dostlarından biri Nişanəni zorlamaq istəyib. Onlar arxa oturacaqda olan qadınla əvvəlcə öz razılığız ilə cinsi əlaqədə olmaq istədiklərini deyiblər. Lakin qadın razı olmayıb. Bu zaman Əhməd ona bir şillə vurub. Avtomobili sürən Rasim adlı şəxs isə benzinin qurtardığını deyərək adını aprmayacağını deyib və onu gecə saat 2-də çöldə qoyub gedəcəkləri ilə hədələyib. Qadın maşından düşərək piyada öz kəndlərinə doğru getməyə başlayıb. Lakin bundan sonra Rasim və Əhməd planlarını həyata keçirməyə israr ediblər. Qobustanda kafedə işləyən, ərinən boşanmış və 4 uşaq anası olan  qadın buna etiraz edib. Bu zaman Əhmədlə Rasim ona fiziki zorakılıq ediblər, maşının arxa oturacağına uzandıraraq zorlamağa çalışıblar. N.Babayeva təpikləyərək müqavimət göstərib və zorlanmasına imkan verməyib.

Bununla belə o, xəsarətlər alıb. Hadisə vaxtı polisə zəng edən Nişanə bundan sonra onların əlindən xilas ola bilib. əraziyə polislərin gəldiyini görən şəxslər qaçıblar. Qadın isə polislərin müşayəti ilə evinə çatdırılıb.