Rusiyada tanınmış televiziya aparıcısı döyüldü
    • 16-07-2024, 23:48
    • 293

Rusiyada tanınmış televiziya aparıcısı döyüldü

Rusiyada tanınmış televiziya aparıcısı Vlada Qoldberq çubuqla döyülüb. 

News24.az BAKU.WS- ə istinadən xəbər verir ki, TNT musiqi kanalının aparıcısı Vlada Goldberqi Moskvada uşaq meydançasında tanışı döyüb. 

Məlumata görə, hadisə qızın tanışı ilə söhbət etmək üçün onun evinə gələndə mübahisə etdikdən sonra baş verib.

Nəticədə, həmin şəxs qadının üzünə çubuqla vurub. Qoldberq polisə müraciət edib və döyüldüyünü bildirib. 

Onun burnunda və əllərində çoxsaylı xəsarətlər qeydə alınıb.

Qoldberqin "Domodedovo" hava limanında biznes-zalın administratoru olan 24 yaşlı tanışı əvvəllər məsuliyyətə cəlb edilməyib. Hazırda isə ona qarşı cinayət işi açılması təhlükəsi var.