Billi Ayliş uşaqlara nağıl oxuyacaq
    • 16-07-2024, 23:20
    • 337

Billi Ayliş uşaqlara nağıl oxuyacaq

Gənc yaşlarında uğurları ilə adından söz etdirən amerikalı müğənni Billie Eilish BBC-də uşaqlara nağıl oxuyacaq. 

News24.az xəbər verir ki, məşhur müğənni “CBeebies Bedtime Story” adlı proqramda uşaqlara “This Moose Belongs To Me” kitabını oxuyacaq.

Kitab Marsel adlı böyük maral sahibi olduğunu söyləyən Wilfred adlı kiçik bir uşağın hekayəsindən bəhs edir. Aktyorlar Tom Hiddleston, Tom Hardi və müğənni Dolli Parton da əvvəllər proqramla bağlı kitablar oxuyublar.


Günel Məlikzadə