Gürcüstan-Azərbaycan sərhədində GÜCLÜ ZƏLZƏLƏ
    • 17-07-2024, 08:33
    • 228

Gürcüstan-Azərbaycan sərhədində GÜCLÜ ZƏLZƏLƏ


Gürcüstan-Azərbaycan sərhədində 4.8 maqnitudada zəlzələ olub.

News24.az xəbər verir ki, bu barədə AMEA-nın nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar Zaqatala stansiyasından 61 km cənub-qərbdə Gürcüstan ərazisində qeydə alınıb.

Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib