Ölümcül virus geri döndü - Gənə dişləyən adam öldü
    • 17-07-2024, 19:54
    • 300

Ölümcül virus geri döndü - Gənə dişləyən adam öldü

Türkiyədə gənə dişləməsindən adam ölüb.

News24.az konkret.az xəbər verir ki, Çankırıda gənə dişləməsinə görə xəstəxanaya aparılan Ali Akgün dünyasını dəyişib.

Qeyd edək ki, o, Çankırının İlgaz rayonunda heyvandarlıqla məşğul olurmuş. Akgün bir müddət sonra gənə dişləməsinə görə xəstələnib və xəstəxanada müalicə olunub.

Akgün həkimlərin bütün müdaxilələrinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb və dünyasını dəyişib. Bölgə üzrə sağlamlıq müdiri doktor Hüseyn Sarıkaya bildirib ki, “Əkin sahələri, üzüm bağları, bağçalar, meşələr və gəzinti sahələri kimi yerlərə gedəndə gənələrin bədənə girməməsi üçün mümkün qədər bədənin bütün hissələrini örtən paltarlar geyinilməlidir, şalvar. ayaqları corabın içinə soxulmalı, paltarda gənələrin rahat görünməsi üçün açıq rəngli paltarlara üstünlük verilməlidir.

Eləcə də bədənin hər bir yeri və paltarları diqqətlə yoxlanılmalıdır. Bədən, xüsusilə diz arxası, qoltuqaltı, qulaq arxası, ənsə, tük kökləri və qasıq yoxlanılmalıdır. Gənəyə çılpaq əllə toxunulmamalıdır”.