-
- 17-07-2024, 13:30
- 303
Kondisioner davası qətllə bitdi - FOTO
Türkiyədə eyni iş yerində işləyən Əhməd Ç. ilə Kamilcan H. arasında kondisioneri yandırmaq üstündə mübahisə düşüb.
News24.az xəbər verir ki, mübahisə söyüşlü birdən davaya çevrilib. Əhməd C. Kamilcan H.-yə kəllə ataraq onu yerə yıxıb.
Başından aldığı zərbədən huşunu itirən Kamilcan H. təcili yardımla xəstəxanaya aparılıb. Xəbər üzərinə hadisə yerinə gələn polis qrupları şübhəli Əhməd Ç.-ni nəzarətə götürüb.
Xəstəxanada müalicə alan Kamilcan H. 2 günlük həyat mübarizəsini uduzub. Kamilcan H.-nin beynində şiş olduğu və hücum nəticəsində zədələndiyi üçün öldüyü bildirilib.
Günel Məlikzadə