Qardaşların davası qətllə nəticələndi
    • 3-06-2024, 22:40
    • 290

Qardaşların davası qətllə nəticələndi

İstanbulda qardaşlar arasında dava ölümlə bitib. 

News24.az xəbər verir ki, iddiaya görə, iki qardaş atalarına paltaryuyan maşın almaq üçün ailə arasından pul yığıblar.

Qardaşlar paltaryuyan maşının pulu üstündə şifahi mübahisə etdikdən sonra parkda görüşüblər. Parkda qardaşlar arasında mübahisə davaya çevrilib. Bir-birinə hücum edən qardaşlardan S.T. adlı şəxs qardaşı olduğu öyrənilən Cəmil T.-ni bıçaqlayıb.

Bir-birinin ardınca bıçaq zərbələri alan Cəmil T. qardaşını dəyənəklə qovub. Küçədə təxminən 100 metr qaçan Cəmil T. xəstəxanaya getmək üçün park edilmiş avtomobildəki şəxslərdən kömək istəyib.

Ətrafdakı vətəndaşlar vəziyyəti polis və təcil yardım qruplarına xəbər verib.

Qeyd edək ki, 2 gün reanimasiyada həyat mübarizəsi aparan qardaş Cəmil T. həyatını itirib. Qardaşının qatili S.T.-nin polis qrupları tərəfindən axtarıldığı öyrənilib.

Günel Məlikzadə