Arda Gülərin ​​sevgilisi ilə tətil görüntüləri GÜNDƏM OLDU – FOTOLAR
    • 17-07-2024, 14:47
    • 507

Arda Gülərin ​​sevgilisi ilə tətil görüntüləri GÜNDƏM OLDU – FOTOLAR

Son dövrün parlayan futbolçularından olan Arda Gülər Milli Komandanın forması ilə 2024-cü il Avropa Çempionatında göstərdiyi performansla şou göstərib.

News24.az medianews.az-a istinadla xəbər verir ki, uğurlu karyerası ilə adından söz etdirən Arda Gülərin şəxsi həyatı da maraq doğurur.

AVRO 2024-dəki çıxışı ilə diqqətləri üzərinə çəkməyə davam edən Arda Gülər tətil üçün getdiyi Bodrumda sevgilisi Duru Nayman və dostları ilə çimərlik voleybolu oynayarkən görüntülənib.

Arda Gülər voleybol oynayarkən bir çox vətəndaş onu görüb və telefonları ilə şəkil çəkdirib.

Həmin görüntüləri təqdim edirik.