Acun Ilıcalı transferlə bağlı müjdə verdi
    • 17-07-2024, 15:47
    • 321

Acun Ilıcalı transferlə bağlı müjdə verdi

"Fənərbağça"nın sabah keçiriləcək yoldaşlıq matçında "Hall Siti" ilə matçı öncəsi İngiltərə klubunun prezidenti Acun Ilıcalı açıqlama verib.

News24.az xəbər verir ki, yeni mövsümdə "Hall Siti" ilə Premyer Liqaya yüksəlməyi hədəflədiklərini ifadə edən Ilıcalı, heyətə 8 və ya 9 gücləndirmə edəcəklərini bildirib.

Acun Ilıcalının açıqlamaları belədir:

"Hall Siti üçün 8-9 transfer edəcəyik. Tim Valteri transferlərdə boğacağıq. Çatışmazlıqlarımız var, "Fənərbaxça" matçı böyük qürurdur, amma heç vaxt ölçü deyil" dedi.

"Bu mövzularda əvvəllər də qəribə tənqidlər olmuşdu. Uğur hekayəsi yazmaq üçün "Hall Siti" macərasına çıxdım. "Fənərbaxça"dan ayrılması gözlənilən futbolçularla bağlı transferlər ola bilər, olmaya da bilər. Okayı çox bəyənirəm və yüksək qiymətləndirirəm".

Günel Məlikzadə