ABŞ-ın Ankaradakı səfiri Fleyk Türkiyəni tərk edir
    • 17-07-2024, 15:59
    • 346

ABŞ-ın Ankaradakı səfiri Fleyk Türkiyəni tərk edir

ABŞ səfirliyinin sözçüsündən alınan məlumata görə, Fleykin Türkiyədəki 3 illik vəzifəsi sentyabrın 1-də başa çatacaq.

News24.az xəbər verir ki, Fleykin ABŞ-ın Ankaradakı səfiri vəzifəsində işləməkdən şərəf duyduğunu deyən Sözcü, tarixi bir dövrdə ABŞ-Türkiyə strateji tərəfdaşlığını gücləndirdiyi üçün özünü şanslı hiss etdiyini qeyd edib.

Sözçü Flakein təkcə dövlət rəsmiləri ilə deyil, həm də Türkiyənin hər yerində qeyri-hökumət təşkilatları, universitetlər, iş dünyası və sadə vətəndaşlarla qurduğu əlaqələrə görə təşəkkürünü bildirib.

Səfir Fleyk sosial media hesabında "Xidmət etmək şərəf idi" deyə paylaşıb.

Günel Məlikzadə