-
- 21-08-2023, 18:33
- 118
Bu ölkələrin nümayəndələri Türkiyə XİN-ə ÇAĞIRILDI
Danimarka səfirliyinin müvəqqəti işlər vəkili və Hollandiyanın Ankaradakı səfirliyinin katibi Quranın yandırılması aksiyaları ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
News24.az xəbər verir ki, bu barədə Ankaradakı diplomatik mənbən RİA Novosti-yə məlumat verib.
“Danimarkanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili və Hollandiyanın Ankaradakı səfirliyinin katibi bu gün (21 avqust) Kopenhagendəki Türkiyə səfirliyinin, həmçinin bəzi müsəlman ölkələrinin səfirliklərinin qarşısında davam edən Quran yandırması ilə əlaqədar nazirliyə çağırılıb”, - agentliyin mənbəsi bildirib.
Akqabay