ABŞ səfiri: Türkiyəyə F-16 satışının İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə ƏLAQƏSİ YOXDUR
    • 19-01-2023, 17:32
    • 259

ABŞ səfiri: Türkiyəyə F-16 satışının İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə ƏLAQƏSİ YOXDUR

Amerika Birləşmiş Ştatlarının Ankaradakı səfiri Cefri Fleyk ABŞ-nin Türkiyəyə F-16 satmasının İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi ilə əlaqəsi olmadığını bildirib.

News24.az xəbər verir ki, Fleyk bunu Ankarada bir qrup jurnalistə Türkiyə-Amerika münasibətlərinin hazırkı vəziyyətini şərh edərkən deyib.

O bildirib ki, iki ölkə arasında yüksək səviyyəli danışıqlardan məmnundur.