Termometrlər 41 dərəcə göstərdi
    • 17-07-2024, 21:30
    • 156

Termometrlər 41 dərəcə göstərdi

Ədirnədə havanın temperaturu günorta saatlarından başlayaraq isti həddə çatıb.

News24.az xəbər verir ki, temperaturun 41 dərəcə ölçüldüyü şəhərdə vətəndaşlar zərurət olmadıqca çölə çıxmayıb, çöldə olanlar isə kölgəli ərazilərə üstünlük verib.

Şəhər sakinləri park və bağlarda, ağacların altında və çay kənarındakı obyektlərdə vaxt keçirirdilər.

Sabah həddindən artıq isti olacağı əyalətdə cümə günü arabir yağış yağacağı gözlənilir.

Günel Məlikzadə