-
- 17-07-2024, 18:37
- 325
Qadın DƏHŞƏT SAÇDI: 6 yaşlı oğlunu öldürdü
İsrailin Hertsliya şəhərinin sakinlərini sarsıdan dəhşətli faciə baş verib.
News24.az Lent.az-a istinadən bildirir ki, qadın 6 yaşlı uşağını və itini öldürüb, bundan sonra əlində balta ilə şəhər küçələrində insanlara hücum etməyə başlayıb.
Hadisə balta ilə silahlanmış qadının Hertsliya küçələrinə çıxaraq “Şivat aKohavim” ticarət mərkəzinə getməzdən əvvəl yoldan keçənlərə hücum etməyə başlaması ilə başlayıb.
Ticarət mərkəzində qadın aqressiv hərəkətlərini davam etdirərək mühafizəçiyə hücum çəkib və ona bir neçə zərbə endirib. Daha sonra o, çılpaq soyunub və qan içində, şoka düşmüş ziyarətçilərin, o cümlədən uşaqların qarşısında striptiz etməyə başlayıb. Onun davranışı tamamilə qorxulu olub. Bundan sonra o, ticarət mərkəzinin girişində oturaraq meditasiya etməyə başlayıb.
Bu vaxt qadının evində anası 6 yaşlı nəvəsinin meyitini aşkar edib. Həmin vaxt qadın artıq ticarət mərkəzində saxlanılıb.