-
- 12-08-2022, 18:25
- 443
Ana 7 yaşlı oğlunu ticarət mərkəzində satışa çıxardı
Rusiyada ana 7 yaşlı oğlunu ticarət mərkəzində satmağa çalışıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, qadın internet səhifələrinin birində uşağını satdığı haqda elan yerləşdirib.
Köləliyə qarşı “Alternativ” Xeyriyyə Təşkilatı qadını izləyib və həmin anları lentə alıb. Uşağı dörd min funt sterlinqə satmaq istədiyi məlum olub.
Qadın etdiyi əməldən peşman olmadığını deyib. Bu işə əl atmasında səbəb kimi isə ikinci həyat yoldaşının uşağı istəməməsi və maddi sıxıntıları olduğunu bildirib.
Xeyriyyə təşkilatın sözçüsü bunun öncə bir zarafat zənn etdiyini, daha sonra isə qadının gerçəkdən uşağını satmaq istədiyini anladığını deyib. O, son günlərdə uşaqlarını satan rus qadınlarının çoxaldığını da vurğulayıb.
Vüsalə Babaşova