Qadın qarpız yeyib öldü
    • 11-09-2023, 00:18
    • 131

Qadın qarpız yeyib öldü

Rusiyanın Moskva şəhərində 47 yaşlı qadın qarpız yedikdən sonra ölüb. 


News24.az Gundem.az-a istinadən xəbər verir ki, rusiyalı qadın qarpızı metronun "Sportivnaya" stansiyasının yaxınlığındakı pərakəndə satış məntəqəsindən alıb. 

Evdə onu yedikdən sonra qadın özünü pis hiss edib. O, qusmağa başlayıb, lakin təcili yardım çağırmayıb. Bir müddət sonra qadının vəziyyəti pisləşib. Bu zaman artıq qadının anası təcili yardım çağırıb, lakin onu xilas edə bilməyiblər. Qadının yediyi qarpız ekspertizaya göndərilib.