Azərbaycanda sabiq məmur vəfat etdi - FOTO
    • 18-07-2024, 10:48
    • 233

Azərbaycanda sabiq məmur vəfat etdi - FOTO

Meliorasiya və su təsərrüfatı sahəsinin veteranı Ərəş Pənahov vəfat edib.

News24.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Ərəş Məhəmməd oğlu Pənahov uzun illər meliorasiya və su təsərrüfatı sahəsində çalışıb. Təqaüdə çıxmazdan əvvəl Qazax Meliosevis İdarəsinin rəisi vəzifəsində çalışıb. O, Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafındakı xidmətlərinə görə müxtəlif vaxtlarda təltif edilib.