-
- 19-07-2024, 09:51
- 500
Göydən dəhşətli alov gəlir - Ekstrasens
Son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri də görücü Vanqanın 2025-ci illə bağlı verdiyi "proqnozdur". Belə ki, guya o, illər öncə dünyanın sonunun məhz 2025-ci ildə başlayacağını bildirib.
News24.az xəbər verir ki, Rusiyada yaşayan məşhur azərbaycanlı ekstrasens, kliniki psixoloq, ezoterik Zirəddin Rzayev Globalinfo.az-a açıqlamasında Vanqaya çox inandığını bildirib.
O, Vanqanın ilahidən qeyri-adi güclə mükafatlandırılmasına zərrə qədər şübhə etmədiyini deyib:
"O qadın doğrudan da fövqəltəbii gücə malik bir fenomen idi. Zamanında ona inanmayanlar tarixdən silinib-getdilər. Ancaq Vanqa adı əbədi olaraq tarixdə qalacaq. Lakin təəssüf hissi ilə deyə bilərəm ki, bəzi kütləvi informasiya vasitələri öz reytinqləri üçün Vanqanın adından proqnozlar yayımlayırlar. Bu, çox ağır günahdır, dünyasını dəyişmiş şikəst bir qadının adından yalan danışmaq insani keyfiyyətlərin xaricində olan bir haldır".
Z.Rzayev Vanqanın ümumiyyətlə, proqnozlar kitabının olmadığını qeyd edib:
"Məhz bu nöqtədən yanaşsaq görərik ki, Vanqanın adından yayımlanan proqnozların mənbələri göstərilmir. Fürsətdən istifadə edərək sizin vasitənizlə insanlara bildirmək istəyirəm ki, mənbəyi göstərilməyən yazılara önəm verməsinlər. Kimsə mənə Vanqa haqqında öz səsi ilə videofraqmentlər, onun yaşadığı dövrə aid mətbuatda dərc olunan yazılar göstərsə, o zaman inanaram ki, doğrudan da iddia etdikləri proqnozlar Vanqaya aiddir".
Ekstrasens deyib ki, 2025-ci ildə dünyanın sonunun gəlməsi xəbəri yanlışdır:
"Vanqanın adından yazılan bu proqnozları incələsəniz görərsiniz ki, 2025-ci ildə "qiyamətin gələcəyindən" xəbər verir, ancaq buna baxmayaraq, "2130-cu ildə insanların yadplanetlilərlə əlaqə yaradacaqlarını" da yazırlar. Bu cəfəngiyatdır, belə yazıları yalandan da olsa bu şəkildə yazmaq çox gülüncdür. Qaldı ki, Vanqanın adından yazılan "proqnozlara", mən 2021-ci ildən başlayaraq mediada son onilliyin tarixdə görünməmiş su daşqınları ilə təhlükə yaradacağını söyləmişəm. Dediklərim bu gün də qüvvəsində qalır və aktuallığını itirməyib. Bundan əlavə, 2024 və 2025-ci illərdə göydən yerə alovun yaxınlaşdığı müşahidə olunacaq. 2024 və 2025-ci illər Yaponiya, Avstraliya və bəzi Asiya ölkələri üçün təhlükəli olacaq".