Hoteldə DƏHŞƏTLİ HADİSƏ - 6 ölü var
    • 19-07-2024, 10:10
    • 297

Hoteldə DƏHŞƏTLİ HADİSƏ - 6 ölü var

Turizm ölkələrindən olan Taylandda son illərin ən dəhşətli hadisələrindən biri  baş verib. 

News24.az xəbər verir ki, 56 yaşlı Şerin Çonqun borcları 200,00 avrodan çox olduğu üçün 3 qadın və 3 kişini öldürdüyü iddia edilib. Ölənlərin Çonqun qohumları olduğu bildirilib.

Verilən açıqlamalara görə, kamera görüntüləri araşdırılarkən qadının qohumlarını içkilərinə zəhər qataraq öldürdüyü məlum olub. Araşdırmalar zamanı isə  zəhərli maddənin siyanid olduğu bilinib.

Taylandın ən məşhur otellərindən birində baş verən qətl bütün dünyaya təsir edib. Cəsədlərdən dördünün qonaq otağında, ikisinin isə yataq otağında tapıldığı hadisədə polis iki nəfərin qapıda uzanmış kimi göründüyünü, lakin kömək çağırana qədər yıxıldığını bildirib.

Polisin verdiyi açıqlamada ailənin Yaponiyada xəstəxana açmaq üçün 215 min funt sterlinq ayırdığı bildirilsə də, bu sərmayə itirilib və qətl planının bu hadisəyə əsaslandığı xatırladılıb.

Öyrənilənlər arasında qrupun oteldə 7 nəfər üçün rezervasiya etməsi də var. Otel otağında keçirilən müayinələr zamanı stolların üzərində qəhvə və çay stəkanları aşkar edilib, dava və hücum əlamətləri olmayıb. Ölən 6 nəfərdən 4-nün Vyetnam vətəndaşı, 2-nin isə ikili Vyetnam-ABŞ vətəndaşı olduğu öyrənilib.

Məryəm İlhamqızı