Parkda 2 nəfər vuruldu
    • Bu gün, 15:55
    • 107

Parkda 2 nəfər vuruldu

İstanbulda M.S. adlı şəxs hələlik şəxsiyyəti məlum olmayan parkda oturan 2 gəncə yaxınlaşaraq özü ilə gətirdiyi silahla bir neçə dəfə atəş açıb.

News24.az xəbər verir ki, təcavüzkar daha sonra hadisə yerindən qaçıb və qısa müddət sonra könüllü olaraq polisə təslim olduğu öyrənilib. 

Silah səslərinin eşidilməsiylə parkda vaxt keçirən ailələr və uşaqlar böyük qorxu və çaxnaşma yaşayıb. Ətrafdakı vətəndaşların hücumu nəticəsində ağır yaralanan iki gəncə ilkin tibbi yardım göstərilib. 

Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib. Silahlı hücumda yaralanan 2 nəfər təcili yardımla xəstəxanaya aparılıb.

Günel Məlikzadə