MSK: "Seçicilər səsvermənin yeri və vaxtı barədə məlumatlandırılacaq"
    • 23-12-2023, 16:25
    • 191

MSK: "Seçicilər səsvermənin yeri və vaxtı barədə məlumatlandırılacaq"

Fevralın 7-də keçiriləcək prezident seçkilərində səs verəcək seçicilər səsvermənin yeri və vaxtı barədə məlumatlandırılacaq.

News24.az  xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov komissiyanın bugünkü iclasında deyib.

O bildirib ki, 6 milyon 524 min 203 ədəd bildiriş müəyyən edilmiş mətbəə üsulu ilə hazırlanacaq: "Bildirişə təbriklə bağlı bənd də əlavə ediləcək".