Çində körpü uçdu: ÖLƏNLƏR VAR
    • Bu gün, 18:35
    • 58

Çində körpü uçdu: ÖLƏNLƏR VAR

Çinin şimal-qərbindəki Şensi əyalətində magistral körpünün bir hissəsinin uçması nəticəsində 11 nəfər ölüb.

Bu barədə News24.az Oxu.Az-a istinadən bildirir.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, körpünün uçmasına səbəb leysan yağışlar və daşqınlar olub.

Xilasedicilər çaya düşmüş beş avtomobili aşkar ediblər. İlkin məlumatlara görə, 20-yə yaxın avtomobil və 30-dan çox insan itkin düşüb.