-
- 20-07-2024, 12:20
- 342
İnternet fenomeni qadın canlı yayımda öldü
Çinli yayımçı Pan Xiaoting iyulun 14-də müntəzəm canlı yayımlarından birini edərkən qəflətən dünyasını dəyişib.
News24.az xəbər verir ki, Xiaotingin ölüm səbəbinin həddindən artıq yemək olduğu təsdiqlənib.
Yerli mətbuatda yayılan xəbərlərə görə, Xiaotingin ölümündən əvvəl hər gün 10 saatdan çox hər yeməkdə 10 kiloqram yemək yeyirdi.
Xiaotingin daha əvvəl həddindən artıq yemək nəticəsində mədə qanaması səbəbiylə xəstəxanaya yerləşdirildiyi, lakin sonradan evə buraxıldığı və yayımlarına davam etdiyi öyrənilib.
Günel Məlikzadə