Xəzərdən 26 kiloqram narkotik keçirmək istədilər
    • Bu gün, 15:50
    • 57

Xəzərdən 26 kiloqram narkotik keçirmək istədilər

Xəzər dənizi vasitəsi ilə Azərbaycana 26 kiloqram 325 qram narkotikin keçirilməsinin qarşısı alınıb.

Bu barədə News24.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyul ayının 19-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində ümumilikdə 26 kiloqram 325 qram narkotik vasitə (24 kq 835 qram marixuana, 1 kq 490 qram tiryək), 2500 ədəd Metadon M-40 həbi, 660 ədəd Preqabalin 150 kapsulu, 40 qutu Marlboro, 10 qutu Milano siqaretləri və 5 ədəd TİTAN siqarının Xəzər dənizi vasitəsilə qeyri-qanuni yolla Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.