68 yerdə meşə yanğını baş verdi
    • 20-07-2024, 13:25
    • 290

68 yerdə meşə yanğını baş verdi

Yunanıstanda dünən 68 yerdə meşə yanğınlarının baş verib.

News24.az xəbər verir ki, bununla bağlı Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə naziri Vasilis Kikilias sosial şəbəkədə paylaşım edib:

"Uzun sürən istilər və quraqlıq yanğınsöndürənlərin işini çətinləşdirir. Dünən ölkə daxilində 68 yerdə meşə yanğınları baş verib".

Digər tərəfdən səlahiyyətlilər, bu gün ölkənin bəzi bölgələrində qızmar istilərin "yüksək yanğın riski" yaratdığı səbəbi ilə "narıncı həyəcan" statusunun elan edildiyini açıqlayıb.

Səlahiyyətlilər, yanğınsöndürmə qruplarının narıncı həyəcan vəziyyətinə gəldiyi Afina, Argolida, Euboea və Viotia bölgələrində müşahidə uçuşları həyata keçirəcəyini ifadə edərək, bu bölgələrdə meşə yanğınları ilə mübarizə üçün hazırlanan Fövqəladə Hallar Planının qüvvəyə mindiyini açıqlayıb. Onlar ictimaiyyəti diqqətli olmağa və yanğına səbəb ola biləcək davranışlardan çəkinməyə çağırıb.

Günel Məlikzadə