-
- 28-05-2019, 16:14
- 1 103
AQTA gücləndirilmiş iş rejiminə keçib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyunu ilə əlaqədar nəzarət tədbirlərini gücləndirib.
News24.az-a AQTA-dan verilən məlumata görə, agentliyin əməkdaşları tədbir məkanlarında qida və içki satışını həyata keçirəcək şirkətlərlə görüş keçirib, qida təhlükəsizliyi tədbirlərinin vəziyyətini öyrəniblər. Eyni zamanda oyuna hazırlıq dövründə və oyun günü qida təhlükəsizliyinə dair tələblərin yerinə yetirilməsi üçün sözügedən şirkətlərə peşəkar tövsiyyələr verilib.
Bununla yanaşı hakimlərin, komandaların, UEFA qərargah üzvlərinin, təminatçıların və KİV nümayəndələrinin yerləşdiyi hotellərə qida təhlükəsizliyinə əməl olunması ilə bağlı tədbirləri əks etdirən məlumatlar verilib. Eləcə də, Qış parkı və Sahil parkında təşkil olunmuş azarkeşlərin toplaşma məntəqəsi ətrafında yerləşən ictimai iaşə müəssisələrinə qida təhlükəsizliyinə əməl olunması barədə məlumatlar verilib və onlara bildirişlər təqdim olunub.
Qida təminatçısı şirkətlərə qida təhlükəsizliyinə dair tələbləri əks etdirən təlimatlar göndərilib, qida təhlükəsizliyinə riayət olunması vəziyyətini öyrənmək məqsədi ilə qidalardan nümunələri götürülüb və laborator müayinələrdən keçirilib.