Göyçay sakini söyüş üstündə qonşusunu baltaladı
    • 22-07-2024, 11:39
    • 140

Göyçay sakini söyüş üstündə qonşusunu baltaladı

Göyçay sakini qonşusunu baltalayıb.

News24.az xəbər verir ki, hadisə iyulun 21-də gecə saatlarında Göyçay şəhərində qeydə alınıb.

Şəhər sakini Əli Əzizov aralarında yaranmış mübahisə zamanı qonşusu, 33 yaşlı Əfqan Hacıyevin qoluna balta ilə xəsarət yetirib. 

Hadisə söyüş üstündə baş verib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən kəsici alətlə Ə.Hacıyevə xəsarət yetirən Ə.Əzizov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.